Bakının 7 rayonunda söküntü olacaq: Hansı ərazilər plana düşüb? (VİDEO) - Admenasi
Sosial

Bakının 7 rayonunda söküntü olacaq: Hansı ərazilər plana düşüb? (VİDEO)

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı məlumat verib. O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səməd bəy Mehmandarov, Suraxanı rayonunda Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək. Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zonanın daxil olduğu deyilir. Vüqar Orucun sözlərinə görə, bundan başqa, qəzalı binalarla bağlı da böyük layihə baş tutacaq. O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.//Xəzər TV

Mənbə: https://sonxeber.az/385392/bakinin-7-rayonunda-sokuntu-olacaq-hansi-eraziler-plana-dusub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button