Hadise
Bakıda usta iş yerində öldü

Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.
Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.
Mənbə: https://sonxeber.az/384332/bakida-usta-is-yerinde-oldu



