Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi - Admenasi
Sosial

Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi

Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 05:10 radələrində 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtüklü yolun üzərində uzanmış şəxsin üstündən keçib.

Nəticədə 2003-cü il təvəllüdlü piyada Kənan Şəmsəddin oğlu Əmirov aldığı xəsarətlədən vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət iş başlanıb, istintaq aparılır.

Mənbə: https://sonxeber.az/384661/bakida-masin-yolda-uzanmis-oglanin-ustunden-kecdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button