Hadise
Bakıda körpə əkizlər dəm qazında boğuldu

Bakıda azyaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Xətai rayonunda qeydə alınıb.
2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və əkiz bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından boğulublar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://sonxeber.az/387200/bakida-korpe-ekizler-dem-qazinda-boguldu



