Hadise
Bakıda bina YANIR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi 68A ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Sonxeber.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında qeydə alınıb.
Sakinlərin sözlərinə görə, hazırda binadan tüstü yüksəlir. Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub.



