Hadise
Bakıda 29 kq marixuana aşkar olundu

Bayram günlərində olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam edilir.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılmışlar.
Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitəsi ilə marixuana aşkarlanaraq götürülmüşdür.
Mənbə: https://sonxeber.az/384275/bakida-29-kq-marixuana-askarlandi



