Sosial
Bəzi yerlərdə qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Mənbə: https://sonxeber.az/384795/bezi-yerlerde-qar-yagacaq-yollar-buz-baglayacaq



