Bərdə QƏRİBƏ OLAY: Rəfiqəsi ilə nahar edəndən sonra qızıllarını oğurladı

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək 5 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.
Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.
Hadisədən sonra S.Abbasova rəfiqəsindən taldığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.
Mənbə: https://sonxeber.az/388260/bakida-qeribe-olay-refiqesi-ile-nahar-edenden-sonra-qizillarini-ogurladi



