Azyaşlı şagirdinin dodağından öpən qadın müəllim barədə həqiqətlər məlum olub – VİDEO

Sosial şəbəkələrdə sürətlə yayılan və ciddi müzakirələrə səbəb olan görüntülərlə bağlı saxlanılan qadın haqqında ilkin iddiaların doğru olmadığı üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ticarət mərkəzində çəkildiyi deyilən və bir qadınla azyaşlı uşağın yaxın poz verdiyi anları əks etdirən görüntülər qısa zamanda sosial mediada yayılıb. Kadrlardakı qadının müəllim, yanındakı uşağın isə onun şagirdi olduğu iddiası istifadəçilər arasında böyük narazılıq doğurub. Bəzi şəxslər hadisənin istismar ola biləcəyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Daxil olan şikayətlər əsasında saxlanılan gənc qadın polis bölməsində ifadə verdikdən sonra prokurorluğa göndərilib. Prokurorluqda verdiyi ifadədən sonra sərbəst buraxılan qadının görüntülərdəki uşağın anası olduğu dəqiqləşib.
Qadının TikTok hesabına baxış zamanı onun övladı ilə birlikdə mütəmadi paylaşımlar etdiyi və müəllim kimi fəaliyyət göstərmədiyi müəyyən olunub. Yanlış anlaşılmış görüntülər səbəbilə sosial mediada ciddi təzyiq və tənqidlərlə üzləşən ana baş verənləri izah etmək üçün video paylaşdığını bildirib.
Ana yayılan videonun onun razılığı olmadan paylaşıldığını qeyd edərək, həm özünün, həm də övladının ağır mənəvi zərər gördüyünü vurğulayıb. O, baş verənlərdən sonra psixoloji cəhətdən çətin günlər yaşadıqlarını da əlavə edib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386503/azyasli-sagirdinin-dodagindan-open-qadin-muellim-barede-heqiqetler-melum-olub-video



