Azyaşlı qıza binanın girişində hücum edilib – VİDEO

Xarici ölkələrin birində azyaşlı qıza qarşı hücum cəhdi qeydə alınıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yaşayış binasında baş verib. Evə daxil olmaq istəyən azyaşlı qız binaya girdiyi anda arxadan yaxınlaşan naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Şəxs qızın ağzını tutaraq ona qarşı əxlaqsız hərəkət etməyə cəhd göstərib.
Azyaşlının müqavimət göstərməsi və ucadan qışqırması nəticəsində təşvişə düşən şübhəli hadisə yerindən qaçaraq uzaqlaşıb.
Dəhşətli anlar binanın təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra hüquq-mühafizə orqanları şəxsiyyəti hələ müəyyən edilməyən şübhəlinin saxlanılması istiqamətində genişmiqyaslı araşdırmalara başlayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388177/azyasli-qiza-binanin-girisinde-hucum-edilib-video
Mənbə: https://sonxeber.az/388177/azyasli-qiza-binanin-girisinde-hucum-edilib-video



