AzTV'də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb - Admenasi
Xeberler

AzTV’də “100 il” adlı qısametrajlı sənədli film yayımlanıb

Ekranda olan mövzu Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub. Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib.

Bu layihə 2026-cı ildə qeyd olunacaq iki əlamətdar tarix – Azərbaycan radiosunun 100, televiziya yayımının isə 70 illiyi münasibətilə hazırlanıb.

Qeyd edək ki, film “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşəbbüsü ilə ərsəyə gəlib və yubiley ilinə hazırlıq çərçivəsində təqdim olunan ilk sənədli filmdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button