Azarkeşin əsəbi reaksiyası gündəm oldu – “Fənərbaxça”dan növbəti xal itkisi

Fənərbaxça Türkiyə çempionatında növbəti xal itkisi ilə üzləşib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Trendyol Süper Liqanın 24-cü turunda səfərdə Antalyasporla qarşılaşan İstanbul təmsilçisi 2:2 hesablı heç-heçə edib.
Ardıcıl ikinci oyunda meydanı bərabərliklə tərk edən “sarı-lacivərtlilər” çempionluq mübarizəsində vacib xallar itirib. Bu nəticədən sonra lider Qalatasarayla xal fərqi 4-ə yüksəlib.
Matçın son dəqiqələri isə xüsusilə dramatik alınıb. “Fənərbaxça”nın qələbə qolu vurmaq üçün yaratdığı real qol vəziyyətində topun dirəkdən qayıtması azarkeşlər arasında böyük məyusluq yaradıb. Oyunu televiziya vasitəsilə izləyən azarkeşlərdən biri həmin epizoddan sonra əsəblərinə hakim ola bilməyərək televizorunu sındırıb.
Hadisə anı lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb və qısa müddətdə viral olub. Minlərlə baxış və şərh toplayan görüntülər “Fənərbaxça” azarkeşlərinin yaşadığı emosional gərginliyi bir daha nümayiş etdirib.
Mənbə: https://sonxeber.az/389213/azarkesin-esebi-reaksiyasi-gundem-oldu-fenerbaxcadan-novbeti-xal-itkisi



