AZAL-ın təyyarəsinə girmək istədi, insident yaşandı – RƏSMİ AÇIQLAMA

Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyarəyə tərəfə getməsi barədə məlumat paylaşıb.
BAKU.WS məsələ ilə bağlı AZAL-a sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, dünən Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb:
“Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”.
Mənbə: https://sonxeber.az/384608/azal-in-teyyaresine-girmek-istedi-insident-yasandi-resmi-aciqlama



