Azərbaycanın paytaxtında dəmiryol layihələrinin tərtibatı ilə bağlı bəzi məsələlər

Bakı və ətraf qəsəbələrdə dəmiryol infrastrukturunun yenilənməsi prosesi sürətlənir.
BAKU.WS-in məlumatına görə, yeni layihələr çərçivəsində mövcud xətlərin modernləşdirilməsi və yeni istiqamətlərin çəkilməsi nəzərdə tutulur. Lakin bu proses bəzi ərazilərdə fərdi yaşayış evlərinin sökülməsi ilə müşayiət oluna bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “BAKU.WS”-ə demişdir ki, söküntü zamanı kompensasiya məsələsi tikilinin hüquqi statusundan asılı olacaq:
– Sənədsiz, lakin qadağan olunmayan ərazidə tikilmiş evlər – əgər tikinti icazəsiz olsa da, həmin torpaq sahəsində ümumilikdə tikintiyə qadağa yoxdursa, belə evlərə müəyyən kompensasiya ödənilməsi mümkündür.
– Tikintiyə icazə verilməyən ərazilərdə inşa olunan evlər – əgər ev dəmir yolu xətti, mühəndis-kommunikasiya xətləri və ya xüsusi təyinatlı zonalarda qanunsuz şəkildə tikilib-sə, bu zaman kompensasiya nəzərdə tutulmur və tikili sökülür.
Həmçinin, Vüqar Oruc bu istiqamətlərdə işlərin görüləcəyi haqqında danışmışdır. Hazırda layihələr iki əsas istiqaməti əhatə edir: Bakıxanov-Binə-Qala və Suraxanı-Hövsan xətlərləri.
Bakıxanov-Binə-Qala istiqaməti Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi, Binə qəsəbəsi və Qala qəsəbəsini birləşdirəcək. Suraxanı-Hövsan xətti isə Yeni Suraxanı qəsəbəsi, Hövsan qəsəbəsi və ətraf yaşayış massivlərini birləşdirəcək.
Mənbə: https://sonxeber.az/388533/bakida-bu-erazilerde-kohne-evler-sokulecek



