Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir - Admenasi
Maraqli

Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir

Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqları arasında ən geniş yayılmış ad kimi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “World of Statistics” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata əsasən, Məhəmməd adı Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveçdə xüsusilə populyarlaşıb. London, Mançester, Berlin, Brüssel, Amsterdam və Oslo kimi iri şəhərlərdə valideynlər oğlan övladlarına daha çox bu adı verirlər.

Qeyd edək ki, Azərbaycanda da Məhəmməd adı oğlan uşaqları arasında ən çox seçilən adlardan biridir.

Mənbə: https://sonxeber.az/387729/azerbaycanda-populyar-olan-ad-avropada-da-yeni-dogulan-usaqlara-verilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button