Azərbaycanda kərə yağı daha da bahalaşacaq - yeni qiymətlər açıklanıb - Admenasi
Sosial

Azərbaycanda kərə yağı daha da bahalaşacaq – yeni qiymətlər açıklanıb

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılib.

Milli.Az xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır:

“Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq”.

Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmədi, bu güzəşt bu il uzadılmayıb.

Mənbə: https://sonxeber.az/385003/azerbaycanda-kere-yagi-bahalasacaq-tarix-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button