Azərbaycanda ən çox toy bu rayonda olur

Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.
Metbuat.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində öz əksini tapıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Mənbə: https://sonxeber.az/388467/azerbaycanda-en-cox-toy-bu-rayonda-olur



