Azərbaycana qəbul olunan yoğurt dəyəri iki dəfə artıb

2024-cü ilin 10 ayının yekunlarına görə Azərbaycana ümumi dəyəri 3 milyon 627.51 min dollar olan 2 min 225.87 ton yoğurt idxal olunub.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 5 milyon 562.12 min dollar olan 2 572.27 ton yoğurt idxal olunub.
Qazaxıstan əsas idxalçı ölkə olub, oradan dəyəri 3 milyon 712.58 min dollar olan 1 753.14 ton yoğurt alınıb. Belarusdan idxal 380.5 ton (657.9 min dollar), Rusiyadan isə 249.02 ton (850.84 min dollar) təşkil edib. Eyni zamanda İran, Türkiyə və Avropa İttifaqı ölkələrindən ölkəyə yoğurt gətirilib.
Azərbaycandan ancaq Gürcüstana yoğurt ixrac olunub. Bu il qonşu ölkəyə 682.64 dollar dəyərində 327.8 ton yoğurt satılıb. Ötən il isə Gürcüstana 202.49 min dollar dəyərində 99.13 ton yoğurt ixrac olunub.



