Dunyada
Azərbaycan və başqa ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstanın “qırmızı bülleten” listasındakı 15 nəfəri Türkiyəyə ekstradisiya edib.
“Report” xəbər xidməti bildirir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Twitter-da paylaşıb.
Bəyan olunub ki, Türkiyəyə ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluqa görə ittiham olunurlar.



