Azərbaycan Prezidenti: "Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb" - Admenasi
Sosial

Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb”

“Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir”.

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, – deyə Prezident əlavə edib.

Mənbə: https://sonxeber.az/387817/azerbaycan-prezidenti-bizim-serhedlerimizde-sulh-qurulur-tamamile-yeni-veziyyet-yaranib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button