Avtomobilin vurduğu piyada havaya uçdu - VİDEO - Admenasi
Hadise

Avtomobilin vurduğu piyada havaya uçdu – VİDEO

Türkiyənin Ordu vilayətinin Ünye rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurduğu piyada zərbənin təsiri ilə metrlərlə havaya uçub və yerə düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Qəza anı ərazidə yerləşən bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə avtomobilin piyadanı vurduğu və zərbədən sonra onun havaya uçaraq yerə düşdüyü anlar açıq şəkildə əks olunur.

Faktla bağlı araşdırma aparılır. Yaralının səhhəti barədə həkimlərdən əlavə məlumat gözlənilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385312/avtomobilin-vurdugu-piyada-havaya-ucdu-video

Mənbə: https://sonxeber.az/385312/avtomobilin-vurdugu-piyada-havaya-ucdu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button