Avtobus sürücüsü "vaxt gəldi" deyib nəqliyyat vasitəsini saxladı, namaz qıldı - VİDEO - Admenasi
Hadise

Avtobus sürücüsü “vaxt gəldi” deyib nəqliyyat vasitəsini saxladı, namaz qıldı – VİDEO

Bir avtobus sürücüsünün namaz vaxtının çatdığını bildirərək nəqliyyat vasitəsini yolun kənarına çəkib avtobusun içində namaz qıldığı anlar sərnişinlərdən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülər qısa müddətdə geniş yayılıb və cəmiyyətdə fərqli fikirlərin yaranmasına səbəb olub.

Yayılan kadrlara görə, sürücü “vaxt gəldi” deyərək avtobusu saxlayıb, daha sonra səccadəsini sərərək nəqliyyat vasitəsinin içində namazını qılıb. Bu müddət ərzində səfərə qısa fasilə verilib.

Görüntülərə yazılan şərhlərdə bəzi istifadəçilər bu hərəkəti “ibadət deyil, nümayiş” kimi qiymətləndirərək sərnişinlərin vaxtının itirildiyini və bunun haqsızlıq olduğunu bildiriblər. Digər istifadəçilər isə “Allah qəbul etsin” və “tənqidlər yersizdir” kimi fikirlərlə sürücüyə dəstək olublar.

Hadisə sosial mediada din, ictimai məkan və fərdi hüquqlar mövzusunda geniş müzakirələrə yol açıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385344/avtobus-surucusu-vaxt-geldi-deyib-neqliyyat-vasitesini-saxladi-namaz-qildi-video

Mənbə: https://sonxeber.az/385344/avtobus-surucusu-vaxt-geldi-deyib-neqliyyat-vasitesini-saxladi-namaz-qildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button