Dunyada
Avstraliya çimərliklərdə sirli kürələrlə mübarizə aparmaq üçün milyardlarla dollar xərcləyəcək

Avstraliyanın Yeni Cənubi Uels ştatının hökuməti Sidney çimərliklərini narahat edən qəribə kürələrlə mübarizə üçün milyardlarla dollarlıq plan açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə News.com.au məlumat verib.
Ekoloqların tapıntılarına cavab olaraq, hökumət növbəti 10 il ərzində Malabar çirkab sularının təmizlənməsi zavodu üçün üç milyard Avstraliya dollar həcmində investisiya proqramı elan edib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin yanvarına qədər Sidneyin çimərliklərində qatrana bənzər kürə formalı tullantı yığınları əmələ gəlib. Bu çöküntülər yerli sakinlər və ətraf mühit mütəxəssisləri arasında narahatlıq yaradıb. Bir neçə məşhur çimərlik ərazisi məcburi şəkildə bağlanıb.



