Atasını itirən azyaşlı aktrisa yeni filminin qala gecəsində göz yaşlarına boğulub – VİDEO

İbrahim Büyükak və Yasemin Sakallıoğlu’nu bir araya gətirən filmin qalasında emosional anlar yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, filmin kiçik aktrisası Damla Çolak, həyatını itirmiş atasını xatırlamaq istədiyi anda göz yaşlarını saxlaya bilməyib. “Bu gün məni göydən izləyən və təəssüf ki, artıq həyatda olmayan…” deyərkən göz yaşlarına boğulan Damla Çolak’ı Yasemin Sakallıoğlu sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, “Mutluyuz Mu?” filmi, İbrahim Büyükak və Yasemin Sakallıoğlu’nu bir araya gətirən, gündəlik münasibətlərdən bəhs edən hekayəsi ilə vizyona çıxmazdan əvvəl maraq doğurub. Güclü aktyor heyəti ilə diqqət çəkən filmin qalası geniş iştirakla baş tutub.
Əvvəlki layihələri “Zengo” filmində birlikdə rol alan İbrahim Büyükak və Yasemin Sakallıoğlu, bu filmdə də ekrandakı uyumlarını qoruyub saxlayıblar. İkilinin ekran enerjisi filmin diqqət çəkən elementlərindən biri olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386424/atasini-itiren-azyasli-aktrisa-yeni-filminin-qala-gecesinde-goz-yaslarina-bogulub-video



