Atasını döydüyü görüntüləri əmisinə göndərdi: "Bunu buradan aparın" - VİDEO - Admenasi
Hadise

Atasını döydüyü görüntüləri əmisinə göndərdi: “Bunu buradan aparın” – VİDEO

Konya şəhərində qeydə alınan və sosial mediada yayılan görüntülər ictimaiyyətdə böyük qəzəb yaradıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gənc bir şəxs atasını yumruq və təpiklərlə döydüyü anları telefon kamerasıyla çəkdikdən sonra videonu əmisi ilə bölüşüb.

Görüntülərdə həmin şəxsin atasına zorakılıq göstərdiyi zaman kameraya baxaraq “Bunu buradan aparın. Bəli, baxın, atamı döyürəm. Mənimlə fəxr edin. Bu adama dözmək məcburiyyətində deyilik” söylədiyi eşidilir.

Zorakılıq anlarını qəsdən qeyd etməsi və videonu ailə üzvlərinə göndərməsi hadisənin ciddiliyini artırıb. Video qısa müddət ərzində yayıldıqdan sonra sosial mediada çoxsaylı istifadəçilər bu hərəkətə sərt reaksiya göstərib.

Sosial media istifadəçiləri həmçinin məsələ ilə bağlı səlahiyyətli orqanlara çağırış edərək, tədbir görülməsini tələb ediblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386555/atasini-doyduyu-goruntuleri-emisine-gonderdi-bunu-buradan-aparin-video

Mənbə: https://sonxeber.az/386555/atasini-doyduyu-goruntuleri-emisine-gonderdi-bunu-buradan-aparin-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button