Atanın qızını oğlanla ilk görüşə hazırlaması sosial mediada gündəm oldu – VİDEO

Bir ata qızını oğlan dostu ilə “ilk görüşə” hazırlayarkən çəkilən görüntülərlə sosial mediada geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, atanın qızının geyim kombinasiyasını seçməsi və aralarındakı səmimi, zarafatlı dialoqlar qısa müddətdə minlərlə insanın diqqətini çəkib.
Gənc qız videonu “İlk date-ə çıxıram və kombinimi atam seçdi” qeydi ilə paylaşıb. Kadrlarda ata qızının geyinəcəyi paltarları tək-tək qiymətləndirərək qısa ətək, ağ bluz və uyğun aksesuarlar təklif edir.
Atanın “Belə gözəl bir bluz, hər zaman uyğun gələn ağ rəng, həm də şıkdır” sözləri ilə kombini formalaşdırması, ata ilə qız arasındakı təbii və səmimi münasibəti nümayiş etdirib. O, eyni zamanda aksesuarlarla bağlı da məsləhətlər verərək zarafatla, “Əgər masada mövzu açılarsa, saatı atan alıb deyərsən” ifadəsini işlədib.
Videonun sonunda ata qızının ilk görüşü ilə bağlı hisslərini belə ifadə edib: “Gözəl bir duyğudur, amma bir az qısqanclıq da var. Yenə də mən sənə hər zaman güvənirəm.”
Atanın bu münasibəti sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəziləri onu anlayışlı və dəstəkverici valideyn kimi qiymətləndirərkən, digərləri bu qədər müdaxiləni düzgün hesab etməyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385334/atanin-qizini-oglanla-ilk-goruse-hazirlamasi-sosial-mediada-gundem-oldu-video



