"Atamın xeyrinə" deyərək məscid önündə 3 min nəfərə donuz əti payladı - Admenasi
Hadise

“Atamın xeyrinə” deyərək məscid önündə 3 min nəfərə donuz əti payladı

Türkiyənin Aydın vilayətində əvvəlki illərdə vəhşi donuz əti ticarəti ilə məşğul olduğu iddiası ilə barəsində bir neçə dəfə hüquqi tədbir görülən qəssab C.C. ilə bağlı diqqətçəkən bir hadisə üzə çıxıb.

Sonxeber.az xəbər verir ki, iddialara görə, C.C. 2015-ci ildə atasının xeyrinə təxminən yarım ton donuz ətindən hazırladığı qovurmanı Aydın sakinlərinə paylayıb.

Məlumata əsasən, hadisə 2015-ci ildə bir cümə günü Efeler Bey Məscidinin qarşısında baş verib.

Qəssab C.C.-nin təxminən 500 kiloqram donuz ətindən hazırladığı qovurmanı düyü ilə birlikdə payladığı, bu paylanmadan 3 mindən çox insanın faydalandığı irəli sürülür. Tədbirin atasının ruhuna ehsan məqsədi ilə həyata keçirildiyi bildirilir.

Mənbə: https://sonxeber.az/384721/atamin-xeyrine-deyerek-mescid-onunde-3-min-nefere-donuz-eti-payladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button