Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi - Admenasi
Sosial

Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi

Aşıq Telli Borçalının mərhum qardaşı Ataxan Qurbanov Azərbaycan Aşıqlar Birliyinin üzvü deyildi.

Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin katibi Musa Nəbioğlu deyib.

O qeyd edib ki, Teli Borçalının özü və daha bir qardaşı Azərbaycan Aşıqlar Birliyinin üzvüdür:

“Onlar ailəliklə aşıq sənətinin davamçılarıdır. Ataxan daha çox Gürcüstanda fəaliyyət göstərib. Tədbir Aşıqlar Birliyinin deyildi, hansısa kitabın təqdimetmə mərasimidir. Ataxan orada çıxış edib. Çıxışdan 5 dəqiqə sonra yerə oturub və onunla da canını tapşırıb”.

Xatırladaq ki, Aşıq Telliyə ağır itki üz verib. Aşığın qardaşı 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov Atatürk Mərkəzində tədbirlərin birində qəfil vəfat edib.

Mənbə: https://sonxeber.az/387645/asiqlar-birliyi-asiq-tellinin-merhum-qardasi-uzvumuz-deyildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button