Arda Gülerdən möhtəşəm ötürmə: hamı eyni fikri səsləndirir

“Real Madrid”in “Monako”nu 6:1 hesabı ilə məğlub etdiyi oyunda Arda Gülərin verdiyi inanılmaz pas qarşılaşmanın taleyini həll edən epizodlardan biri olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hesabın hələ 1:0 olduğu anda gənc futbolçunun orta sahədən göndərdiyi dəqiq və zərif ötürmə fərqin açılmasına şərait yaradıb.
Həmin epizoddan sonra Madrid təmsilçisi oyunda tam üstünlüyü ələ keçirib. Arda Gülərin pası qısa müddətdə sosial şəbəkələrdə viral olub, futbolsevərlər bu hərəkəti matçın dönüş nöqtəsi kimi qiymətləndiriblər.
Azarkeşlər və idman şərhçiləri gənc futbolçunun oyunu oxuma bacarığı və soyuqqanlılığı ilə görüşün gedişatını dəyişdiyini vurğulayıblar. Sosial mediada edilən şərhlərdə Arda Gülərin daha çox oyun vaxtı almalı olduğu fikri geniş şəkildə səsləndirilib.
Gənc yaşına baxmayaraq göstərdiyi performansla diqqət çəkən Arda Güler, bu ötürməsi ilə “Real Madrid” azarkeşlərinin böyük rəğbətini qazanıb.
Mənbə: https://sonxeber.az/385846/arda-gulerden-mohtesem-oturme-hami-eyni-fikri-seslendirir



