"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi - Admenasi
Sosial

“Arash Estetik”də pozuntu aşkarlandı: Klinika cərimələndi

Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.

Sonxeber.az “Teleqraf”a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərib.

Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib.

Mənbə: https://sonxeber.az/386401/arash-estetikde-pozuntu-askarlandi-klinika-cerimelendi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button