Ancelina Coli ABŞ-ni tərk etməyə hazırlaşır - Admenasi
Dunyada

Ancelina Coli ABŞ-ni tərk etməyə hazırlaşır

Hollivudun məşhur simalarından olan Ancelina Coli ABŞ-dən ayrılmaq planlarını həyata keçirməyə hazırlaşır.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış aktrisa daha əvvəl övladlarının 18 yaşına çatmasını gözlədiyini bildirmişdi və artıq bu müddətin tamamlandığı üçün köç hazırlıqlarına başladığı qeyd olunur.

Coli ABŞ-də mövcud ictimai və siyasi mühitdən narahatlığını ifadə edərək bildirib: “Ölkəmi sevirəm, amma hazırda ölkəmi tanıya bilmirəm”. Onun bu açıqlaması beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Aktrisanın hansı ölkəyə köçəcəyi barədə hələlik rəsmi məlumat verilməyib. Qeyd edək ki, Ancelina Coli uzun illərdir humanitar fəaliyyətlə məşğul olur və müxtəlif beynəlxalq layihələrdə aktiv iştirak edir.

Məsələ ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Mənbə: https://sonxeber.az/387968/ancelina-coli-abs-ni-terk-etmeye-hazirlasir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button