Ana və 4 övladı yanğında öldü - Admenasi
Hadise

Ana və 4 övladı yanğında öldü

Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın beş nəfərin həyatına son qoyub.

Milli.Az xəbər verir ki, hadisə fevralın 14-də Xabarovsk rayonunun Kukan kəndində, Novaya küçəsində qeydə alınıb.

Regional prokurorluğun məlumatına görə, yanğın nəticəsində bir qadın və onun dörd uşağı ölüb. Həlak olan uşaqlardan üçünün azyaşlı olduğu bildirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, son günlər Rusiyanın müxtəlif bölgələrində oxşar faciələr yaşanıb. Fevralın 12-də Vladivostokda çoxmənzilli binada baş verən yanğında üç uşaq həyatını itirib. Bundan əvvəl Ryazan vilayətinin Jeludevo kəndində ev yanğını nəticəsində ailənin dörd üzvü ölüb.

Hüquq-mühafizə orqanları bütün faktlarla bağlı araşdırma aparır.

Mənbə: https://sonxeber.az/387778/ana-ve-4-ovladi-yanginda-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button