Ana uşağının yanında təcavüzə məruz qalıb - VİDEO - Admenasi
Hadise

Ana uşağının yanında təcavüzə məruz qalıb – VİDEO

Xaricdə baş verən bir hadisə zamanı alış-veriş etdiyi anda uşağı ilə birlikdə olan ana təcavüzə məruz qalıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ana sosial şəbəkədə etdiyi paylaşımda yaşadıqlarının onu dərindən sarsıtdığını qeyd edib. Qarşılaşdığı vəziyyətin onda həm təəccüb, həm də qəzəb yaratdığını bildirən qadın, oxşar halların başqa insanların da başına gəlməməsi üçün hadisəni ictimaiyyətlə bölüşmək qərarına gəldiyini vurğulayıb.

Ana paylaşımında hadisə baş verən zaman azyaşlı övladının da yanında olduğunu xüsusi olaraq qeyd edib. Bu səbəbdən yaşadığı narahatlığın və psixoloji sarsıntının daha da artdığını bildirib.

Sosial mediada yayılan görüntülər istifadəçilər arasında da ciddi narazılıq doğurub. Şərhlərdə “Saçın yığımı, geyim tərzi heç bir əhəmiyyət daşımır”, “Uşaq ayaqqabısı almayan yetkin bir kişinin uşaq bölməsində olması düzgün deyil” kimi fikirlər səsləndirilib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər analara və uşaqlara qarşı bu cür davranışların yolverilməz olduğunu vurğulayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384602/ana-usaginin-yaninda-tecavuze-meruz-qalib-video

Mənbə: https://sonxeber.az/384602/ana-usaginin-yaninda-tecavuze-meruz-qalib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button