Ana öldü, qızı bir dəri bir sümük halında tapıldı – VİDEO

İstanbulun Gaziosmanpaşa rayonunda 74 yaşlı Ünzilə Mangazın ölümü sonrası qonşuların məlumatları əsasında ağır nəzarətsizlik və zorakılıq iddiaları ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Mangazın iki qızı ilə birlikdə yaşadığı evdə insanlıqdan kənar şəraitdə həyatını itirdiyi müəyyən edilib.
Anasının ölümündən sonra xəstə vəziyyətdə, bir dəri bir sümük qalmış gənc qız isə xilas edilərək xəstəxanaya aparılıb. Qonşular Mangazın ölənədək “Bizi xilas edin, yatağa bağlı qızımı döyür” deyə yalvarış etdiyini bildiriblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və məsul şəxslərin müəyyən edilməsi üçün iş davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387498/ana-oldu-qizi-bir-deri-bir-sumuk-halinda-tapildi-video
Mənbə: https://sonxeber.az/387498/ana-oldu-qizi-bir-deri-bir-sumuk-halinda-tapildi-video



