Hadise
Almaniyanın Düsseldorftənən azərbaycanlı yeniyetmə anasını qətlə yetirib

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Almaniyanın Düsseldorf şəhərində baş verib. 16 yaşlı Həsən Cavadov 40 yaşlı anası Sevinc Cavadovanı boğaraq qətlə yetirib. Yeniyetmə anasını öldürdükdən sonra polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. Həsən Cavadov Almaniya polisi tərəfindən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən ailə 3 il əvvəl Ukraynadan Almaniyaya sığınıblar. Ölən qadının 2 azyaşlı uşağı da var imiş. Anasını öldürən yeniyetmənin psixoloji problemlərinin olduğu bildirilir.
Mənbə: https://sonxeber.az/384429/azerbaycanli-yeniyetme-anasini-bogub-oldurdu-sok-cinayet



