Alkoqollu ata dəhşəti: Azyaşlı övladını ipə bağlayaraq 7-ci mərtəbədən aşağı salladı – VİDEO

Rusiyada baş verən dəhşətli hadisə cəmiyyətdə böyük hiddət doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, alkoqollu vəziyyətdə olan bir ata azyaşlı oğlunu yaşadıqları binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən ipə bağlayaraq aşağı sallayıb.
Hadisə zamanı uşağın dəfələrlə “Məni tut” deyə yalvardığı, ətrafdakı bəzi böyüklərin isə bu qorxulu mənzərəni sadəcə izləməklə kifayətləndiyi bildirilib. O anlar sosial şəbəkələrdə yayılan görüntülərdə əksini tapıb.
Voronej Vilayət Prokurorluğu hadisə ilə bağlı öz təşəbbüsü ilə araşdırma başladıldığını açıqlayıb. Məlumata görə, uşağın atası ilə yanaşı, anası da səhlənkarlıq və istismar şübhəsi ilə istintaqa cəlb olunacaq.
Hadisə azyaşlılara qarşı zorakılıq və valideyn məsuliyyəti mövzusunu yenidən gündəmə gətirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386447/alkoqollu-ata-dehseti-azyasli-ovladini-ipe-baglayaraq-7-ci-mertebeden-asagi-salladi-video



