Ağır qəzaya düşən şəxslər məşhur meyxanaçı Namiq Mənanın qızı, kürəkəni və nəvəsi imiş - VİDEO - Admenasi
Hadise

Ağır qəzaya düşən şəxslər məşhur meyxanaçı Namiq Mənanın qızı, kürəkəni və nəvəsi imiş – VİDEO

Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb. Sonxeber.az “Bakupost”a istinadən xəbər verir ki, avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir. Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.

Mənbə: https://sonxeber.az/384409/agir-qezaya-dusen-sexsler-meshur-meyxanaci-namiq-menanin-qizi-kurekeni-ve-nevesi-imis-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button