Maraqli
Ağ Ev əlində süd şüşələri olan Trampın fotosunu paylaşdı

Ağ Ev rəsmi “X” hesabında əlində süd şüşələri tutan ABŞ Prezidenti Donald Trampın fotosunu paylaşıb və südün şöhrətini qaytarmağa çağırıb.
“Gəlin, südü yenidən möhtəşəm edək”, – deyə fotoya başlıq verilib.
Fotoda Tramp hər iki əlində bir neçə şüşə doldurulmuş səbət saxlayıb və uzaqlara baxır.
Ehtimal ki, şəkil Donald Trampın imzaladığı yeni qanunla əlaqəlidir. Sənədə əsasən, artıq məktəblərdə uşaqlara süd veriləcək.
“Sağlam uşaqlar üçün südlə bağlı qanun, milyonlarla uşağın məktəblərdə yüksəkkeyfiyyətli südə çıxışını təmin edir. ABŞ-ni yenidən sağlam edək”, – deyə Ağ Ev qanunun tətbiqini şərh edib.
Mənbə: https://sonxeber.az/385370/ag-ev-elinde-sud-suseleri-olan-trampin-fotosunu-paylasdi



