Afrikanın ən təhlükəli kirpisi Türkiyədə görüntülənib – VİDEO

Afrika və Aralıq dənizi ölkələrində geniş yayılan, həmçinin Hindistan və Nepalda yaşayan Hint oxlu kirpisi bu dəfə Türkiyənin Aydın vilayətində görüntülənib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, adətən Hatay, Kahramanmaraş, Adana, Adıyaman, Mersin, Antalya və Muğla kimi cənub bölgələrində nadir hallarda rast gəlinən oxlu kirpi Aydının Yenipazar rayonunda kameraya düşüb.
Çarşı məhəlləsinin muxtarı Süleyman Kozbek rayon mərkəzində avtomobillə hərəkətdə olarkən nəsli kəsilmək təhlükəsi altında olan heyvanla qarşılaşıb. Muxtar avtomobilinin qarşısında irəliləyən oxlu kirpini mobil telefonla lentə alıb. Heyvan bir müddət sonra ara küçələrə girərək gözdən itib.
Süleyman Kozbek bildirib ki, rayon mərkəzində oxlu kirpi görmək onu çox təəccübləndirib. Onun sözlərinə görə, kirpini bir müddət izləyib və daha sonra heyvan bağ evlərinin yerləşdiyi əraziyə daxil olaraq təhlükəsiz yerə yönəlib.
Muxtar qeyd edib ki, şəhər daxilində heyvanın zərər görmə ehtimalı yüksək idi: “Avtomobillərdən uzaq, təhlükəsiz bir yerə doğru getdiyini görmək məni sevindirdi. Çünki şəhərdə ona zərər dəyə bilərdi, başqaları da ziyan verə bilərdi. Buna biganə qala bilmədim və təhlükəsiz yerə yönəldiyini izlədim.”
Video ucun menbeyey baxin: https://sonxeber.az/387528/afrikanin-en-tehlukeli-kirpisi-turkiyede-goruntulenib-video
Mənbə: https://sonxeber.az/387528/afrikanin-en-tehlukeli-kirpisi-turkiyede-goruntulenib-video



