Afrika Millətlər Kubokunun finalında qaçan penalti yenidən müzakirə mövzusuna çevrildi - Admenasi
Idman

Afrika Millətlər Kubokunun finalında qaçan penalti yenidən müzakirə mövzusuna çevrildi

Afrika Millətlər Kubokunun final oyununda Brahim Diazın yerinə yetirdiyi və qaçırdığı penalti zərbəsi ilə bağlı “bilərəkdən qaçırdı” iddiaları yenidən gündəmə gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada yayılan yeni görüntülər müzakirələri daha da alovlandırıb.

Həmin görüntülərdə seneqallı futbolçu İdrissa Qeyenin penalti zərbəsindən əvvəl “Bu qol deyil… qaçıracaq” dediyi və ardınca gülümsədiyi diqqət çəkib. Bu anlar Diazın penalti zərbəsini bilərəkdən qaçırdığı iddialarını gücləndirib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Qeyenin reaksiyasının təsadüfi olmadığını irəli sürərək final oyununda baş verənlərin yenidən araşdırılmalı olduğunu bildirib. Məsələ ilə bağlı müzakirələr qısa zamanda geniş rezonans doğurub.

Xatırladaq ki, final görüşündə Seneqal Fas üzərində 1:0 hesablı qələbə qazanaraq Afrika Millətlər Kubokunun qalibi olub. Brahim Diazın qaçırdığı penalti isə oyunun taleyini dəyişən əsas məqam kimi yadda qalıb.

Mənbə: https://sonxeber.az/385987/afrika-milletler-kubokunun-finalinda-qacan-penalti-yeniden-muzakire-movzusuna-cevrildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button