Acun Ilıcalının ortağı barədə axtarış qərarı verildi

Acun Ilıcalının ortağı və “Acun Medya”nın Baş Koordinatoru Esat Yontunç barəsində narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılma (yaxalama) qərarı çıxarılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Esat Yontunçun hazırda “Survivor” proqramının çəkilişlərinin davam etdiyi Dominikan Respublikasında olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırmaları davam etdirdiyi qeyd olunur.
Hadisə ictimaiyyətdə böyük maraq doğurarkən, məsələ ilə bağlı hələlik Acun Medya və ya Esat Yontunç tərəfindən rəsmi açıqlama verilməyib. İstintaqın gedişatı və beynəlxalq hüquqi prosedurların necə aparılacağı diqqətlə izlənilir.
Mənbə: https://sonxeber.az/385847/acun-ilicalinin-ortagi-barede-axtaris-qerari-verildi



