ABŞ ordusu narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı gəmiyə vurub: iki nəfər ölüb. - Admenasi
Dunyada

ABŞ ordusu narkotik qaçaqmalçılığına qarşı əməliyyat zamanı gəmiyə vurub: iki nəfər ölüb.

ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Sakit okeanın şərq hissəsində bir gəmiyə zərbə endirib. Nəticədə iki nəfər həlak olub.

Sonxeber.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, ölümcül kinetik zərbə terror təşkilatları tərəfindən istifadə edildiyi iddia olunan və “Cənub nizəsi” adlı Birləşmiş Əməliyyat Qrupunun üzvü tərəfindən müəyyən edilən gəmiyə endirilib.

Bildirilir ki, sözügedən gəmi Sakit okeanın şərq hissəsində narkotik daşınması marşrutları üzrə hərəkət edib və narkotik ticarətində iştirak edib.

Qeyd edək ki, bundan əvvəl – dekabrın 22-də ABŞ-ın narkotik daşıdığı iddia edilən başqa bir gəmiyə zərbə endirməsi barədə məlumat yayılmışdı. Həmin əməliyyat zamanı bir nəfər ölüb.

Mənbə: https://sonxeber.az/384179/abs-ordusu-narkotik-qacaqmalciligina-qarsi-emeliyyat-zamani-gemini-vurdu-iki-nefer-olub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button