Dunyada
ABŞ-nin gömrük rüsumları qərarına İrandan ilk reaksiya

ABŞ Prezidenti Donald Trampın dünən açıqladığı gömrük rüsumları ilə bağlı qərarına İrandan ilk reaksiya gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Bəqayi bildirib ki, İran xalqı uzun müddətdir ABŞ və onun bəzi müttəfiqlərinin ağır iqtisadi təzyiqləri ilə üz-üzə qalıb. Onun sözlərinə görə, bu addımlar ABŞ-də İrana qarşı artıq daimi xarakter almış düşmən münasibətinin göstəricisidir.
İran XİN sözçüsü qeyd edib ki, Vaşinqtonun bu cür qərarları bölgədə gərginliyi daha da artırır və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Mənbə: https://sonxeber.az/385283/abs-nin-gomruk-rusumlari-qerarina-irandan-ilk-reaksiya



