ABŞ-də yeni şatdaun təhlükəsi: İmmiqrasiya islahatı büdcəni dalana dirədi - Admenasi
Dunyada

ABŞ-də yeni şatdaun təhlükəsi: İmmiqrasiya islahatı büdcəni dalana dirədi

ABŞ-ni yeni şatdau (federal hökumət qurumlarının işinin dayandırılması) təhlükəsi gözləyə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “USA TODAY” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Konqresinin Daxili Təhlükəsizlik Nazirliyi üçün büdcəni razılaşdırmağa və hökumət strukturlarının fəaliyyətinin növbəti dəfə dayandırılmasının qarşısını almağa çalışdığı bir vaxtda narahatlıq artmaqdadır.

Qanunvericilər fevralın 13-ü gecəyarısına qədər zəruri tədbirlər görməsələr, daxili təhlükəsizliyə cavabdeh olan qurum fəaliyyətini qismən dayandırmaq məcburiyyətində qalacaq. Bu isə sərhədlərin mühafizəsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında həlledici rol oynayan agentliklərin işində ciddi ləngimələrə səbəb olacaq.

Vəziyyət Gömrük və Sərhəd Mühafizəsi, Fövqəladə Hallar Agentliyi, həmçinin Nəqliyyat Təhlükəsizliyi İdarəsi kimi mühüm strukturlara təsir edəcək.

Konqresin Nümayəndələr Palatası İmmiqrasiya və Gömrük Polisi (ICE) tərəfindən orderlərin verilməsi reqlamentinin sərtləşdirilməsini tələb edir. Demokratlar Partiyasının nümayəndələri bu orqanda islahatların aparılmasına çağırırlar. Respublikaçı senatorlar isə kompromis əldə etmək şanslarının son dərəcə az olduğunu bəyan edirlər.

Xatırladaq ki, 2025-ci ildə ABŞ-də “şatdaun” 43 gün davam edərək ölkə tarixində fəaliyyətin ən uzunmüddətli dayanması kimi qeydə alınıb.

Mənbə: https://sonxeber.az/387919/abs-de-yeni-satdaun-tehlukesi-immiqrasiya-islahati-budceni-dalana-diredi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button