ABŞ-də yaşayan tutuquşu öz növünün ən yaşlı nümayəndəsi seçildi - Admenasi
Maraqli

ABŞ-də yaşayan tutuquşu öz növünün ən yaşlı nümayəndəsi seçildi

ABŞ-də yaşayan və “Sonni” ləqəbi ilə tanınan korella növlü tutuquşu xarici görünüşünə görə həmcinslərindən fərqlənməsə də, o, hazırda dünyanın ən yaşlı tutuquşusu hesab olunur.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Nymphicus hollandicus” növünə aid olan bu erkək quşun bu günlərdə 33 yaşı tamam olub.

Bir qayda olaraq, korellalar təxminən 10-15 il yaşayırlar, buna görə də “Sonni”nin yaşı nadir hal hesab olunur. Rekordun qeydiyyata alındığı anda tutuquşunun yaşı 32 il 292 gün idi. Tezliklə, 2026-cı il yanvarın 10-da “Sonni”nin sahibləri onun 33 yaşını qeyd ediblər.

Quşun sahibi Canet Rayxer hesab edir ki, “Sonni”nin uzun və xoşbəxt yaşamasının sirri düzgün qidalanma və insanlarla sıx ünsiyyətdədir:

“Mən onun üçün xüsusi maffinlər bişirirəm. Rasionuna tərəvəzlər, toyuq əti, yumurta, çörək, makaron və kartof daxildir. Təmizlik və diqqət onun gümrah qalmasına kömək edir”.

“Sonni” kifayət qədər zəkalı quşdur. Cavanlıq illərində o, çox sayda söz bilir və mahnı melodiyalarını əzbər ifa edirdi. Xüsusilə “Endi Qriffitin şousu”nun musiqisini fitlə ifa etməyi çox sevirdi. Sahibi Canet qeyd edir ki, əvvəllər birlikdə duet oxusalar da, hazırda qoca tutuquşu daha çox “boşboğazlıq” etməklə kifayətlənir.

Hazırda rekordçu quş vaxtının çoxunu istirahətə və gizli məkanlarda mürgüləməyə sərf edir. Ailə üzvləri inanırlar ki, “Sonni” 2027-ci ildə özünün 34 yaşını da qeyd edəcək.

Mənbə: https://sonxeber.az/387731/abs-de-yasayan-tutuqusu-oz-novunun-en-yasli-numayendesi-secildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button