ABŞ-də Venesuela əməliyyatını tənqid edən qadın müsahibə zamanı saxlanıldı - VİDEO - Admenasi
Dunyada

ABŞ-də Venesuela əməliyyatını tənqid edən qadın müsahibə zamanı saxlanıldı – VİDEO

ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat və bu əməliyyat çərçivəsində ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının qaçırılması ilə bağlı iddialar beynəlxalq gündəmdə böyük rezonans doğurub. Hadisə ətrafında müzakirələr davam edərkən, ABŞ-dən yayılan bir görüntü ictimaiyyətin diqqətini cəlb edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, küçə müsahibəsi zamanı mikrofon uzadılan bir qadın ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı siyasətini və hərbi əməliyyatı tənqid etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qısa müddətdə sosial şəbəkələrdə viral olan videoya çoxsaylı reaksiyalar gəlib. İstifadəçilər paylaşımın altına “Bəs söz azadlığı haradadır?”, “Azadlıqlar ölkəsi deyil, barbarlar ölkəsidir”, “Dünyada artıq güc qanunları keçərlidir”, “Demokratiya və insan haqları ABŞ-də belə işləyir”, “Azadlığa və demokratiyaya xoş gəlmisiniz”, “Tramp müxalifləri toplamağa başlayıb” kimi şərhlər yazıblar.

Hadisə yenidən söz azadlığı və demokratik dəyərlərlə bağlı müzakirələrə yol açıb. ABŞ rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384636/abs-de-venesuela-emeliyyatini-tenqid-eden-qadin-musahibe-zamani-saxlanildi-video

Mənbə: https://sonxeber.az/384636/abs-de-venesuela-emeliyyatini-tenqid-eden-qadin-musahibe-zamani-saxlanildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button