ABŞ-də polisin 3 uşaqlı ananı öldürməsi etirazlara səbəb olub - VİDEO - Admenasi
Dunyada

ABŞ-də polisin 3 uşaqlı ananı öldürməsi etirazlara səbəb olub – VİDEO

ABŞ-də 37 yaşlı, 3 uşaq anası Renee Nicole Good-u göz görə-görə öldürən Göçmenlik və Gömrük Mühafizə Polisi (ICE) əməkdaşlarına qarşı narazılıqlar səngimir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra başlayan etiraz aksiyaları zamanı maraqlı görüntülər də qeydə alınıb.

Etirazlar zamanı bir ICE əməkdaşı onu mobil telefonla çəkən ABŞ vətəndaşına doğru qaçarkən sürüşərək yerə yıxılıb. Ətrafdakı vətəndaşlar isə yıxılan polis əməkdaşı ilə istehza edib. Həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.

Son günlər ABŞ-də ICE ətrafında mübahisələr daha da dərinləşib. Minneapolis şəhərində bir miqrasiya əməliyyatını izləyən Renee Nicole Good, ICE polisi tərəfindən avtomobilində güllələnərək öldürülüb. Bu hadisədən sonra genişmiqyaslı etirazlar başlayıb və federal qurumun sərt üsulları ciddi tənqid edilib.

Hadisə qadının avtomobillə qaçmağa çalışdığı zaman polis tərəfindən atəşə tutulması nəticəsində həyatını itirməsi kimi təqdim edilsə də, səlahiyyətlilər bunu “özünümüdafiə” kimi qiymətləndirib. Buna baxmayaraq, hadisə ilə bağlı mübahisələr davam edir.

Bütün bu proseslərin fonunda ABŞ Prezidenti Donald Trampın ICE-ə qarşı artan ictimai təzyiqlər şəraitində qeydə alınan həmin görüntü böyük səs-küyə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385090/abs-de-polisin-3-usaqli-anani-oldurmesi-etirazlara-sebeb-olub-video

Mənbə: https://sonxeber.az/385090/abs-de-polisin-3-usaqli-anani-oldurmesi-etirazlara-sebeb-olub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button