Hadise
ABŞ-də 100-dən çox maşın toqquşdu – VİDEO

ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, qəzaya azı 30 yük maşını da daxil olmaqla çoxsaylı nəqliyyat vasitəsi cəlb olunub.
Avtomobillər bir-birinə çırpılıb və bəziləri yoldan kənara çıxıb.
Miçiqan Ştat Polisi qəzalarda çoxsaylı xəsarət alanların olduğunu, lakin heç birinin “ölümcül” olmadığını bildirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385758/abs-de-100-den-cox-masin-toqqusdu-video
Mənbə: https://sonxeber.az/385758/abs-de-100-den-cox-masin-toqqusdu-video



