Ukraynalı qadını təəccübləndirən hadisə: “Zarafat zənn etdim, hələ də şokdayam” – VİDEO

Türkiyədə yaşayan Ukrayna əsilli bir qadın sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib. O, türk mədəniyyətində xüsusi günlərdə verilən hədiyyə ənənələri ilə bağlı yaşadığı təəccübü izləyiciləri ilə bölüşüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qadın bildirib ki, məişət əşyalarının – xüsusilə süpürgə, tava və mikser kimi ev alətlərinin – qadınlara hədiyyə kimi təqdim edilməsi onu xeyli təəccübləndirib. Onun sözlərinə görə, əvvəlcə bunu zarafat zənn edib: “Burada süpürgə və tava qadına hədiyyə sayılır. İlk anda zarafat zənn etdim. Süpürgə, tava, mikser… Türk qadını üçün hədiyyədir. Ukraynada isə bunlar sadəcə ev alətidir”.
O qeyd edib ki, Ukraynada belə əşyalar əsasən məişət üçün alınır və xüsusi günlərdə daha fərdi, simvolik hədiyyələrə üstünlük verilir. Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu praktik və faydalı hədiyyə kimi dəyərləndirsə də, digərləri xüsusi günlərdə daha şəxsi seçimlərin edilməsinin vacibliyini vurğulayıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387979/ukraynali-qadini-teeccublendiren-hadise-zarafat-zenn-etdim-hele-de-sokdayam-video



