Ər-arvad 19 illik evlilikdən sonra bacı-qardaş olduqlarını öyrəniblər

Braziliyada 19 illik evli cütlük həyatlarının ən böyük şokunu yaşayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı Adriana və 37 yaşlı Leandro təxminən iyirmi il ailə kimi yaşayıblar, qızlarını birlikdə böyüdüblər və qan qohumluqlarından xəbərsiz olublar. Hər ikisi anasız böyüyüb və uşaqlıqdan bəri onları dünyaya gətirən Mariya adlı qadınları tapmağa çalışıblar. İllər sonra Adriana kömək üçün “Radio Globo”da yayımlanan məşhur “Zamanı gəldi” verilişinə müraciət etmək qərarına gəlib.
Efir zamanı jurnalistlər Adriana və Leandronun anasının eyni insan olduğunu müəyyən etməyə nail olublar. Bu xəbər cütlük üçün əsl sarsıntı olub. Canlı yayım zamanı qadının digər övladının adının Leandro olduğu məlum olanda studiyada gərgin anlar yaşanıb.
Bir qız övladları olan cütlük bu xəbərdən sarsılsa da, bir-birlərinə olan sevgilərinin dəyişmədiyini bildiriblər. Onlar qohumluq əlaqəsini öyrəndikdən sonra da ailə olaraq qalmağa və münasibətlərini davam etdirməyə qərar veriblər.
Mənbə: https://sonxeber.az/387969/er-arvad-19-illik-evlilikden-sonra-baci-qardas-olduqlarini-oyrenibler



